"Yuventus"un futbolçusu Timoti Vea karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, "Marsel" ABŞ millisinin üzvünü icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı vinger 2025/2026 mövsümünü Liqa 1 təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Timoti Vea ötən mövsüm "Yuventus"un heyətində keçirdiyi 43 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest