07 Avqust 2025, 14:34
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Tottenhem"in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.
İngiltərəli futbolçu "Nyukasl"la keçirilən yoxlama oyununda dizindən zədələnib.28 yaşlı oyunçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ceyms Meddison ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 45 oyunda 12 qol vurub, 11 qol ötürməsi edib.

            
 







_1762210118.jpg)


