"Çelsi"nin futbolçusu Lesli Uqoçukvu Premyer Liqada klubunu dəyişib.

Matc.az xəbər verir ki, "Börnli" fransalı yarımmüdaffiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqaya yüksələn kollektiv 21 yaşlı oyunçu üçün 28 milyon avro təzminat ödəyib. Fransa U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanlb.

Qeyd edək ki, Lesli Uqoçukvu ötən mövsüm icarə əsasında "Sauthempton"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest