06 Avqust 2025, 17:51
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Everton" "Çelsi"nin yarımmüdafiəçisi Kirnan Dyusberi-Hollu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Everton" ingiltərəli futbolçu üçün onun klubuna 25+4 milyon funt-sterlinq təzminat ödəyəcək. 26 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kirnan Dyusberi-Holl ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 36 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.

            
 







_1762210118.jpg)


