03 Avqust 2025, 10:50
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Amerikanın "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın "Nekaks" komandası ilə ev oyununda zədələnib.
Matc.az xəbər verir ki, argentinalı ayağından zədə alıb və qarşılaşmanın 11-ci dəqiqəsində əvəzlənib.
Oyundan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano Messinin bud nahiyəsində diskomfort hiss etdiyini bildirib. Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.
38 yaşlı futbolçu 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

            
 










_1762260863.jpg)