Bu gün "Qəbələ" və "İmişli" arasında yoxlama oyunu keçirilib. 

Matc.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Qəbələ"nin heyətində qolları Domi Massumo və Pirins Ovusu (dubl) vurublar. 

Qeyd edək ki, yay hazırlıq toplanışında "Qəbələ" daha əvvəl "Şamaxı" (2:1), "Kəpəz" (2:0) və "Sumqayıt" (1:0) ilə qarşılaşıb. 

"İmişli" isə daha əvvəl "Araz-Naxçıvan"ın əvəzedici komandası (2:1), "Sabah"ın əvəzedici komandası (2:1), "Sumqayıt" (0:0) və "Karvan"la (1:2) üz-üzə gəlib. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest