01 Avqust 2025, 15:19
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Joao Palhinya yenidən Premyer Liqaya qayıdacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 30 yaşlı portuqaliyalı "Tottenhem"ə icarəyə veriləcək. London klubu futbolçunu 25 milyon avro + 5 milyon avroya almaq hüququ qazanacaq.
Qeyd edək ki, Palhinhanın klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.