"Araz-Naxçıvan" - "Omoniya" oyununu çexiyalı hakimlər idarə edəcəklər.

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu çexiyalı hakimlər idarə edəcəklər.

Matc.az xəbər verir ki, UEFA Nikosiyadakı cavab qarşılaşmasını isə Danimarkadan olan hakimlər briqadasına həvalə edib:

"Araz-Naxçıvan" – "Omoniya"
7 avqust. "Bona Dea". Saat 20:00
Baş hakim: Andrey Berka
Baş hakimin köməkçiləri: İvo Nadvornik, Yan Vanya
Dördüncü hakim: Andrey Peçanek
VAR: Tomas Koçurek
AVAR: Miroslav Zelinka
(Hakimlər briqadası Çexiyadandır)

"Omoniya" – "Araz-Naxçıvan"
14 avqust. GSP stadionu. Saat 21:00
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Martin Markus
Dördüncü hakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Kroq
(Hakimlər briqadası Danimarkadandır)

 


 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest