29 İyul 2025, 20:16
FUTBOL
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv yerli "Ankara Keçiörengücü" ilə üz-üzə gəlib.
Türkiyə I Liqa təmsilçisi ilə görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində bir hazırlıq matçı keçirib. Qərb bölgəsi təmsilçisi "Çorum"la 1:1 hesablı heç-heçə edib.