Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının final oyunu öncəsi "Ayntraxt"ın azarkeşləri xeyirxah aksiya keçiriblər. Matc.az xəbər verir ki, finala yüksələcək komandalar müəyyənləşməzdən əvvəl qarşılaşmaya bilet alan almaniyalı fanatlar azarkeşlik etdikləri klub həlledici oyuna vəsiqə qazana bilmədiyi üçün Bakıya gəlməsələr də, həmin biletləri paytaxtımıza göndəriblər.

"Ayntraxt" azarkeşlərinin istəyinə uyğun olaraq, 300 ədəd bilet AFFA-nın texniki direktoru Bernhard Lippertin vasitəçiliyi ilə "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"ndə olan uşaqlara hədiyyə olunub.

Bununla bağlı qısa videoçarxı diqqətinizə çatdırırıq:

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest