21 İyul 2025, 20:38
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" yoxlama oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma "qırmızı-qaralar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qollarını Paulo Quimbila və Domi Massumu vurub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl keçirdiyi hazırlıq matçında "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib.

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
