21 İyul 2025, 17:55
                
                
                
                                MPL 
                                
                
               
              
				 
 
"Neftçi-2”nin məşqçisi Anar Vəliyevin klubdakı fəaliyyəti başa çatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" 45 yaşlı mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2021-ci ildən “Neftçi” Futbol Akademiyasında çalışmış Vəliyev 2022/23 mövsümündən əvəzedici komandanın baş məşqçisi Rəşad Abdullayevin köməkçisi olub. O, Əvəzedicilər Liqasının qızıl (2023/24), gümüş (2024/25) və I Divizionun gümüş (2022/23) medallarını qazanıb.

            
 
_1762260863.jpg)








_1762210118.jpg)
