19 İyul 2025, 11:59
MPL
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxacaq.
Matc.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv Türkiyə 1-ci Liqasında mübarizə aparan "Çorum"la üz-üzə gələcək. Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Turan Tovuz" qardaş ölkədə 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri "Traktor"dur. Təbriz təmsilçisi ilə matç iyulun 29-da baş tutacaq. Digər iki rəqibin adı açıqlanmayıb.