Kolumbiyalı hücumçu Luis Diaz və "Liverpul" nəhayət yollarını ayırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" paylaşıb.

Bildirilir ki, 28 yaşlı futbolçu ingilis klubunda qalmaq istəmədiyini bildirib və transferə hazırlaşmaq istəyib.

"Liverpul" daha əvvəl "Bavariya"nın futbolçu üçün göndərdiyi 67,5 milyon avroluq təklifi rədd etmişdi. "Barselona" da oyunçuya iddialılar arasındadır, lakin onların satın alma bəndinə görə almanlara qalib gələcəyi ehtimalı yoxdur.

Qeyd edək ki, Diaz ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest