12 İyul 2025, 16:59
FUTBOL
"Barselona" "Kopenhagen"in futbolçusu Runi Bardeqqini transfer edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya çempionu isveçli vinger üçün Danimarka klubuna 2 milyon avro təzminat ödəyəcək. 19 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsveç U-21 millisinin üzvü olan Runi Bardeqqi ötən mövsüm "Kopenhagen"in heyətində 6 rəsmi matçda meydana çıxıb.