12 İyul 2025, 13:48
MPL
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Matc.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.
Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.