12 İyul 2025, 12:19
MPL
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.
Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq.
Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.