12 İyul 2025, 11:58
MPL
"Zirə" Türkiyə toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
Matc.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Əl-Hüseyin" ilə qarşılaşacaq.
İordaniya təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Zirə" Türkiyədə keçirdiyi ilk yoxlama matçında "Ankara Keçiörengücü"nü 2:1 hesabı ilə məğlub edib.