"Sumqayıt"dan ayrılan Bobur Abdixolikovun yeni klubu məlum olub.

Matc.az xəbər verir ki, özbəkistanlı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

Abdixolikov "Paxtakor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı forvardla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Bobur Abdixolikov ötən mövsümün ikinci yarısında "Sumqayıt"da çıxış edib. O, komandanın heyətində keçirdiyi 14 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest