İş materiallarından aydın olur ki, forvardın dövlət büdcəsinə 13 min 770 manat 62 qəpik borcu var.

Sumqayıt Kommersiya Məhkəməsi şəhərin eyniadlı klubunun keçmiş futbolçusu Terrens Tisdelin Azərbaycandan çıxışına qadağa qoyub.

Matc.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hakim Fərman Həmidli liberiyalı hücumçu barəsində qətnamə çıxarıb.

İş materiallarından aydın olur ki, forvardın dövlət büdcəsinə 13 min 770 manat 62 qəpik borcu var.

Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə üz tutaraq futbolçunun ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılmasını xahiş edib, Tisdelə "stop" qoyulub.

Lakin məlum olduğu kimi, o, Sumqayıt klubunu 2023-cü ilin iyununda tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest