"Qalatasaray"ın hücumçusu Halil Dervişoğlu Super Liqada klubunu dəyişib.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi türkiyəli forvardı "Rizespor"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvard növbəti mövsümü Rize təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Halil Dervişoğlu ötən mövsüm icarə əsasında "Qaziantep"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest