Avropanın bir sıra məşhur klubları maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələnib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Çelsi" (20 milyon avro), "Barselona" (15 milyon), "Lion" (12,5 milyon), "Aston Villa" (5 milyon) və "Roma" (3 milyon) klubları cəzalandırılıb. Sınaq müddəti ərzində maliyyə feyr-pleyinin təkrar pozulduğu halda, "Roma"dan başqa digər klublar böyük məbləğdə cərimə olunacaq.
Xatırladaq ki, "Roma" iyunun sonunda maliyyə feyr-pleyini pozduğuna görə UEFA-dan transfer qadağası ala biləcəyi təhlükəsi ilə üz-üzə qalmışdı. Lakin başa çatan son maliyyə ilində "Roma" öz göstəricilərini yaxşılaşdırmağa və UEFA-nın cəzalarını minimuma endirməyə nail olub. Xüsusilə romalılar forvard Tammi Abrahamı satın alma opsiyası ilə "Beşiktaş"a icarəyə göndərib.