"Zirə" və"Səbail"in sabiq futbolçusu Bilal Hamdi Fransada məşqçi kimi çalışacaq.

Matc.az xəbər verir ki, 34 yaşlı keçmiş yarımmüdafiəçi "Lans"da işə başlayıb. Bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Əlcəzairli mütəxəssis Liqa 1 təmsilçisinin baş məşqçisi Pyer Seydjunun köməkçilərindən biri olacaq.

Qeyd edək ki, Bilal Hamsi 2018/2019 mövsümündə "Zirə"də çıxış edib. O, növbəti mövsümün ilk yarısını isə "Səbail"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest