20 İyun 2025, 11:58
FUTBOL
"Lill" "Ruzenborq"un vingeri Marius Broholmu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
"Lill" 20 yaşlı vinger üçün Norveç klubuna 6 milyon avro təzminat ödəyib. Norveç U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Marius Broholm bu mövsüm "Ruzenborq"un heyətində keçirdiyi 12 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.