- Şanslar bərabərdir. Məqsədimiz öncə baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, qələbə üçün çalışmaqdır. Bunun üçün mübarizə aparacağıq.

Azərbaycan milli komandası sabah Macarıstanla yoldaşlıq oyunu keçirəcək.

Matc.az xəbər verir ki, yığmamızın müdafiəçisi Bəhlul Mustafazadə matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

- Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.

- “Sabah”la final oyununun yorğunluğu Latviya ilə oyuna necə təsir etdi?

- O qədər təsir etmədi. Bərpa olmağa kifayət qədər vaxt var idi. Bundan əlavə, milli komandadayıq və hazır olmağa məcburuq.

- Macarıstana qalib gəlmək nə dərəcə realdır?

- Şanslar bərabərdir. Məqsədimiz öncə baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, qələbə üçün çalışmaqdır. Bunun üçün mübarizə aparacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest