İngiltərə Premyer Liqasında 2018-19 mövsümünün ən yaxşı qolu müəyyənləşib. Matc.az xəbər verir ki, Premyer Liqanın rəsmi saytı "Kristal Pelas"ın yarımmüdafiəçisi Andros Tounsendi fərqləndirib.

Onun XVIII turda "Mançester Siti" ilə səfər qarşılaşmasında vurduğu qol ən yaxşı seçilib. Tounsendin komandasını 2:1 hesabı ilə önə keçirdiyi görüş "Kristal Pelas"ın səfər qələbəsi ilə (3:2) başa çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest