ESPN 2024-cü ilin ən yaxşı futbolçu və məşqçilərinin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, nəşr “Real”ın braziliyalı hücumçusu Vinisius Junioru fərqləndirib.

Vinisius dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb. Ən yaxşı baş məşqçi isə onun çalışdırıcısı Karlo Ançelotti olub.

İspaniya millisi ilin ən yaxşı komandası, “Barselona”nın gənc üzvü Lamin Yamal ilin kəşfi, Çempionlar Liqasının 1/4 finalında keçirilən “Real” – “Mançester Siti” görüşü (3:3) ilin ən yaxşı oyunu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest