27 Dekabr 2024, 10:14
FUTBOL
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya Superkubokunu qazanıb. Matc.az xəbər verir ki, komanda həlledici görüşdə “Kukesi”ni üstələyib.
Ötən mövsüm həm Albaniya çempionu olan, həm də ölkə kubokuna yiyələnən “Eqnatiya” 2:0 hesablı qələbə qazanıb.
Əliyev görüşün iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.