“Qarabağ”ın hücumçusu Redon Cica daha bir klubun maraq dairəsinə düşüb.  heyətinə qatmaq istəyən klubların sayı get-gedə artır. Matc.az xəbər verir ki, bu barədə “balkanweb.com” saytı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı forvardı “Eqnatiya” heyətinə qatmaq fikrinə düşüb. Adıçəkilən komanda qış fasiləsində Cicanın transferini reallaşdırmağı hədəfləyir. “Eqnatiya” hazırda Albaniya çempionatının 4-cü pilləsindədi.

Daha əvvəl isə Albaniya çempionatında ikinci pillədə yer alan “Partizani”nin Cica ilə maraqlandığı bildirilirdi. “Partizani” onu 6 aylıq icarəyə götürmək istəyir. Futbolçu özü də ölkəsinə qayıdacağını istisna etməyib.

Qeyd edək ki, Redon Cica bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 13 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest