16 Dekabr 2024, 17:54
FUTBOL
“Qalatasaray”ın daha bir futbolçusu Portuqaliyaya köçə bilər. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Efe Akman sözügedən ölkənin iki klubundan təklif alıb.
Belə ki, 18 yaşlı orta sahə oyunçusu uğrunda “Portu” və “Benfika” mübarizə aparır. “Cim-bom”da bu mövsümdən əsas komandanın formasını geyinən Efenin müqavilə müddəti 2028-ci ilə qədərdi.
Qeyd edək ki, Kərəm Aktürkoğlu bu ilin yayında “Qalatasaray”dan “Benfika”ya keçib.