Türkiyə Superliqasında XI turun oyunları keçirilir. 

Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə dörd qarşılaşma keçirilib.

"Başakşəhər" səfərdə "Konyaspor"a uduzub. "Bodrumspor" – "Alanyaspor" matçında hesab açılmayıb. "Eyüpspor" "Hatayspor"u iki cavabsız qolla məğlub edib.

Turun mərkəzi qarşılaşması isə Trabzonda baş tutub. "Trabzonspor" doğma meydanda "Fənərbaxça" ilə üz-üzə gəlib. 5 qol vurulan qarşılaşmdan İstanbul təmsilçisi qalib ayrılıb.

Qeyd edək ki, Superliqada tura 4 noyabrda yekun vurulacaq.

Türkiyə Superliqası
XI tur
3 noyabr

"Konyaspor" – "Başakşəhər" - 3:2
Qollar:
Ndao, 32, 50, 73 // Opoku, 45+2, Pyatek, 90+3

"Bodrumspor" – "Alanyaspor" - 0:0

"Eyüpspor" – "Hatayspor" - 2:0
Qollar:
Tyam, 11, 60

"Trabzonspor" – "Fənərbaxça" - 2:3
Qollar: Banza, 59 (pen), 67 (pen) // Fred, 42, Ceko, 75, Amrabat, 90+12

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest