12 Sentyabr 2024, 15:11
FUTBOL
Maurisio Poçettino ABŞ millisi tarixində ən çox maaş alan məşqçi olub. Matc.az xəbər verir ki, bu posta yeni təyin olunan argentinalı mütəxəssis rekorda yiyələnib.
O, komandasında ildə 6 milyon dollar qazanacaq. Bu, Poçettinonun “Çelsi”dəki maaşından azdı, lakin amerikalılar üçün rekord məbləğ sayılır.
Poçettinodan əvvəl milliyə Qreq Berhalter başçılıq edirdi. Onun məvacibi 2,3 milyon dollar idi.