UEFA Millətlər Liqasında 2024-25 mövsümü keçirilir. Azərbaycan yığması sabah qrup mərhələsində ikinci oyununa çıxacaq. Komandamız Sloveniya ilə qarşılaşacaq. "Misli"nin təşkilatçılığı ilə Slovakiyaya ezam olunmuş matc.az saytının əməkdaşının veridiyi xəbərə görə, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında çıxış edib.
- Slovakiya mətbuatı bizim yığmamızı detallı şəkildə analiz edib...
- Bu, normaldı. Bizdə eynilə onların Estoniya ilə matçını detallı analiz etmişik, hətta həmin görüşü mənim köməkçim canlı izləyib. Biz keçmişlə yaşamırıq və gələcəyə baxırıq. Əsas odur ki, çıxdığımız bu yeni yolda oyunçular məsuliyyəti dərk etsinlər. Rəqibə hörmətimiz var, amma biz onlardan qorxmuruq.
- İsveçlə görüşdə Şeydayevin hərəkəti düzgün idimi?
- Mən onu deyə bilmərəm, amma mən şəxsən Mahmudova demişdim ki, penalti olsa sən vurarsan.
- İlk görüşdən sonra Azərbaycan yığması haqqında fikirləriniz nədir?
- Mən inandığım üçün burdayam, yolumuz uzundu, zamanla hər şeyin öhdəsindən gələcəyik.
- Sabah çoxları yığmamızdan uğurlu nəticə gözləmirlər. - Mən qələbə gözləyirəm. Biz meydana ancaq qələbə üçün çıxacağıq. Slovakiyanı analiz etmişik.
- Slovakiyanı izləmisiz, bu yığmaya qarşı necə oynayacaqsız?
- Mən bunu açıqlaya bilmərəm, yetərincə hazırlaşmışıq.
- Əvvəlki illərdə Slovakiya ilə oynamısız?
- Bəli, Yunanıstanın baş məşqçisi kimi qələbə də qazanmışam. Sabah Bəhlul Mustafazadə oynamayacaq. Bizim kifayət qədər oyunçumuz var. Sabah onun yerini dolduracağıq.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.