07 Avqust 2024, 17:22
FUTBOL
"Leyptsiq"in futbolçusu Dani Olmonun "Barselona"ya keçidi tamamlanır. Matc.az xəbər verir ki, ispan hücumçu artıq Kataloniya klubunda tibbi müayindən keçib.
Onun transferi tezliklə açıqlanacaq. Olmonun “Barsa” ilə 6 illik müqaviləyə qol çəkəcəyi bildirilir.
Qeyd edək ki, 26 yaşlı Dani Olmo “Leyptsiq”ə 2020-ci ilin əvvəlində Zaqreb "Dinamo"sundan transfer olunub. O, İspaniya millisi ilə AVRO-2024-ün qalibi adını qazanıb.



_1763398168.jpg)
_1693390777.png)


_1763395028.jpg)




