“Real”ın yeni üzvü Kilian Mbappenin “Kral klubu”nun futbolçuları və personalı ilə görüşərkən davranışı onlarda xoş təəssürat oyadıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS nəşri paylaşıb.

Bildirilir ki, futbolçular, eləcə də klub işçiləri Mbappenin onlarla ünsiyyətdə nəzakətli davranışına və rahatlığına heyran qalıblar. Klubda Mbappenin təvazükar və işində məsuliyyətli olduğunu qeyd edilib.

Həmçinin bildirilir ki, komanda fransalının ispan və ingilis dillərində sərbəst danışmaq qabiliyyətini müsbət qiymətləndirib.

Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmi olaraq “Real”ın oyunçusu oldu. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus alacağı barədə məlumatlar yayıldı. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest