26 İyun 2024, 12:13
                
                
                
                                AVRO-2024 
                                
                
               
              Niderland millisinin hücumçusu Doniell Malen Avropa çempionatları tarixinə düşüb. O, AVRO-2024-ün qrup mərhələsinin III turunda Avstriya ilə görüşdə topu öz qapısına göndərməklə buna “nail olub”.
				  
Niderland millisinin hücumçusu Doniell Malen Avropa çempionatları tarixinə düşüb. Matc.az xəbər verir ki, o, AVRO-2024-ün qrup mərhələsinin III turunda Avstriya ilə görüşdə topu öz qapısına göndərməklə buna “nail olub”.
Belə ki, 6-cı dəqiqədə qapıçısını məyus edən Malen qitə birinciliklərinin ən erkən avtoqoluna imza atıb. Bu, 5 dəqiqə 38-ci saniyəyə təsadüf edib.
Qeyd edək ki, Avstriyaya 2:3 hesabı ilə məğlub olan Niderland yığması 4 xalla qrupda üçüncü yeri tutub.

            
 







_1762210118.jpg)


