06 Sentyabr 2026, 21:57
FUTBOL
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Dalğa Arena"nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da saat 11:00-da eyni məkanda baş tutacaq.













