Bir müddət "Qalatasaray"ın da formasını geyinmiş mərakeşli futbolçu Hakim Ziyeş karyerasını Braziliya çempionatında davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, son olaraq ölkəsində "Vidad Kasablanka" formasını geyinən 33 yaşlı mərakeşli sağ cinah yarımmüdafiəçisi klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edərək sürpriz bir komanda ilə anlaşıb. O, Braziliya A Seriyası təmsilçilərindən "Botafoqo" ilə 2 illik razılıq əldə edib. Ziyeşin bu həftə ərzində rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, 2023-2025-ci illərdə "Qalatasaray"da çıxış etmiş ulduz futbolçu "sarı-qırmızılılar"ın heyətində 34 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Son klubu "Vidad Kasablanka"da isə 16 oyuna çıxan təcrübəli oyunçu 9 qol vurub və 2 asist müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest