Məşhur ingiltərəli hücumçu Ceymi Vardi karyerasını "Börnli"də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında 10 aylıq – 2027-cı il iyunun sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Vardi "Börnli"yə azad agent statusunda transfer olunub.

Təcrübəli hücumçu ötən mövsümü İtaliyanın "Kremoneze" klubunda keçirib və meydana çıxdığı 29 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib. Mövsümün yekunlarına əsasən, "Kremoneze" A Seriyasını tərk edərək B Seriyasına düşdüyü üçün Vardi klubla müqaviləni yeniləməyib.

Qeyd edək ki, "Börnli" də ötən mövsümün nəticələrinə görə divizionda aşağı yuvarlanıb. Komanda Premyer Liqada 19-cu yeri tutaraq Çempionşipə düşüb.

Ceymi Vardi 2012–2025-ci illərdə "Lester"in şərəfini qoruyub və 2016-cı ildə bu komanda ilə sensasiyalı şəkildə İngiltərə çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest