19 İyun 2024, 09:22
AVRO-2024
Türkiyə yığmasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu AVRO-2024-də Gürcüstana qalib gəldikləri (3:1) oyun haqda açıqlama verib. Matc.az xəbər verir ki, “ay-ulduzlular”ın kapitanı vacib qələbə qazandıqlarını bildirib.
“Qələbə qazanmalıydıq. Bizi başqa nəticə məmnun edə bilməzdi. Məqsədimizə çatdıq. Hamı əlindən gələni etdi. Azarkeşlərimizə təşəkkür edirəm. Onlar final fitinə qədər bizi coşqu ilə dəstəklədilər”, - deyə H.Çalhanoğlu deyib.
Qeyd edək ki, Türkiyə millisi turnirdə növbəti oyununu iyunun 22-də Portuqaliyaya qarşı keçirəcək.