“AVRO-2024 bitdikdən sonra əməliyyat olunacağam. Bərpa müddətini əməliyyatı həyata keçirəcək həkimlə müzakirə edəcəyik. Ümid edirəm ki, bu məsələyə yalnız iyulun 15-də qayıtmalı olacağam. O vaxta qədər bütün diqqətimi milliyə yönəltmişəm”

İspaniya millisinin əsas qapıçısı Unai Simon Avropa çempionatında zədəli halda oynayır. Matc.az xəbər verir ki, qolkiper hələ ötən il biləyindən xəsarət alıb.

Simonun sözlərinə görə, bu zədə məşq etməsinə və oyunlarda iştirak etməsinə mane olmur. Lakin həkimlər kiçik əməliyyatın vacib olduğunu vurğulayıb.

“AVRO-2024 bitdikdən sonra əməliyyat olunacağam. Bərpa müddətini əməliyyatı həyata keçirəcək həkimlə müzakirə edəcəyik. Ümid edirəm ki, bu məsələyə yalnız iyulun 15-də qayıtmalı olacağam. O vaxta qədər bütün diqqətimi milliyə yönəltmişəm”, - deyə Simon bildirib.

Qeyd edək ki, İspaniya millisi AVRO-2024-ün qrup mərhələsinin ilk turunda Xorvatiyanı 3:0 hesabı ilə məğlub edib. Komanda ayın 20-də İtaliya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest