17 İyun 2024, 12:12
AVRO-2024
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Avropa çempionatının əsas favoritləri ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, mütəxəssis milli komandasını turnirin qalibi olmağa iddialılar sırasına daxil etməyib.
O, bir neçə komandanı fərqləndirib: “Fransa əla vəziyyətdədi, lakin Portuqaliya seçmə mərhələdə fantastik çıxış etdi. İspaniya, İngiltərə və təbii ki, evdə Almaniya əsas favoritlər olacaq”.
Qeyd edək ki, E qrupunda yer alan Belçika yığması ilk oyununu bu gün Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.