İngiltərənin "Çelsi" klubu baş məşqçisi Maurisio Poçettino ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
"Bütün "Çelsi" adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik".

İngiltərənin "Çelsi" klubu baş məşqçisi Maurisio Poçettino ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat verib.

"Bütün "Çelsi" adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik. İstənilən vaxt onu yenidən “Stamford Bric”də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, - deyə London klubu açıqlama yayıb.

Komandadan ayrılan baş məşqçi də öz növbəsində kluba təşəkkürünü bildirib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının cari mövsümünün yekununda "Çelsi" 63 xal toplayaraq altıncı yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest