Yığmamızın rəqibi iyunun 2-də Almatıda qısamüddətli təlim-məşq toplanışına başlayacaq. İyunun 7-də Ermənistanın qonağı olacaq Qazaxıstan seçməsi bundan 4 gün sonra Macarıstanın Sombatxey şəhərində Azərbaycan millisi ilə üz-üzə gələcək.

İyunda  Ermənistan və Azərbaycan milliləri ilə yoldaşlıq görüşləri keçirəcək Qazaxıstan yığması aparıcı futbolçusunun xidmətindən məhrum qalacaq. Matc.az xəbər verir ki, komandanın lideri Baxtiyar Zaynutdinov qarşıdakı təlim-məşq toplanışına çağırılmayıb.

Çünki 26 yaşlı yarımmüdafiəçi zədəsini yeni sağaldıb və mayda yaşıl meydanlara qayıdıb. Lakin klubu “Beşiktaş”da hələ də istədiyi qədər oyun şansı qazanmır. Qazaxıstan yığmasının baş məşqçisi Maqomed Adiyev də Zaynutdinovun oyun praktikasından əziyyət çəkdiyini və formada olmadığını nəzərə alaraq, ona istirahət imkanı yaradıb.

Yığmamızın rəqibi iyunun 2-də Almatıda qısamüddətli təlim-məşq toplanışına başlayacaq. İyunun 7-də Ermənistanın qonağı olacaq Qazaxıstan seçməsi bundan 4 gün sonra Macarıstanın Sombatxey şəhərində Azərbaycan millisi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest