Portuqaliya milli komandası Norveç üzərində qazandığı 2:1 hesablı əzmkar qələbəsindən sonra Millətlər Liqasının 1/4 finalında yerini təmin edib.

Matc.az xəbər verir ki, Jorje Jezuşun yetirmələri ardıcıl dördüncü qələbəsini qazanaraq xallarının sayını 12-yə çatdırıblar və A Liqasının IV qrupunda ilk iki pillədən birini təmin ediblər.

Bununla da Portuqaliya cari turnirdə 1/4 final mərhələsinə vəsiqə qazanan ilk yığma olub. Portuqaliyalılar həmçinin Millətlər Liqasının son qalibidirlər. Onlar bu turnirdə 2019 və 2025-ci illərdə çempion olublar və iki titula sahib yeganə komanda statusunu qoruyurlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest