"Neftçi 2" klubu Azərbaycan Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün qalibi olub.

Matc.az xəbər verir ki, 35-ci turda səfərdə "Səbail 2" komandası üzərində qələbə (2:1) qazanan "ağ-qaralar" vaxtından əvvəl qızıl medalları təmin ediblər.

Qeyd edək ki, sona bir tur qalmış 86 xal toplayan Bakı klubu, 82 xala malik "Qəbələ 2" kollektivini qabaqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest