Fərid Qarazadə Milli Paralimpiya Komitəsinin mətbuat katibi kimi fəaliyyətini davam etdirəcək.

“Təfəkkür” Universitetinin məzunu olan Fərid Qarazadə 2016-cı ildə ölkəmizdə təşkil olunan UEFA U-17 Avropa çempionatının yerli təşkilat komitəsində çalışıb, UEFA AVRO-2020-nin Bakı şəhərinin ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.

İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.

2022-ci ildən bu təyinatına qədər F.Qarazadə "Neftçi" Peşəkar Futbol Klubunun Mətbuat və marketinq departamentində çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest