“Barselona”nın argentinalı hücumçu Xulian Alvaresi transfer etmək cəhdi İspaniya futbolunda qalmaqala səbəb olub.
 

Matc.az xəbər verir ki, İspaniya Futbol Federasiyası Kataloniya klubunu bu məsələyə görə 602 avro cərimələyib.

Buna səbəb “Barselona”nın futbolçunun hazırkı klubu “Atletiko"ya əvvəlcədən yazılı məlumat vermədən onunla əlaqə saxlaması ilə bağlı şikayət olub.

Madrid təmsilçisi məsələ ilə əlaqədar həm İspaniya Futbol Federasiyasına, həm də FIFA-ya müraciət edib. FIFA isə bu işə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib.

Qeyd edək ki, Alvares yayda “Barselona”da çıxış etmək arzusunda olduğunu dilə gətirdikdən sonra paytaxt klubunun azarkeşlərinin narazılığı ilə üzləşmişdi. Argentinalı hücumçu daha sonra azarkeşlərdən üzr istəyərək həmin açıqlamasının səhv olduğunu etiraf edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest