11 Mart 2024, 17:18
FUTBOL
“Benfika”nın yarımmüdafiəçisi Joao Neveş yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçə bilər. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” bu transferdə israrını davam etdirir.
Premyer Liqa klubunun yeni həmsahibi Cim Ratkliff gənc oyunçu ilə müqavilə imzalamaq üçün yüksək məbləğ ayırıb. O, Portuqaliya millisinin 19 yaşlı futbolçusunun keçidi müqabilində qarşı tərəfə təxminən 120 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, Neveş bu mövsüm 42 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun “Benfika” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdi.