11 Mart 2024, 16:47
FUTBOL
“Mançester Yunayted” “Lill”in müdafiəçisi Leni Yoronu transfer etməyə hazırlaşır. Matc.az xəbər verir ki, Premyer Liqa klubu son bir neçə həftə ərzində gənc müdafiəçinin nümayəndələri ilə danışıqlarda ciddi irəliləyiş əldə edib.
“Real” da öz növbəsində sövdələşmənin mümkünlüyünü araşdırır. Ancaq madridlilər yayda mərkəz müdafiəçisi transferinə yüksək məbləğ xərcləmək niyyətində deyil.
Qeyd edək ki, Leni Yoro 2017-ci ildən “Lill”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub. 18 yaşlı fransalının klubu ilə müqaviləsi gələn ilin yayına qədərdi.